"Bakı” ilə oyunda pis çıxış etmədik. Komanda tam olaraq qələbəyə köklənmişdi”. Fanat.az xəbər verir ki, bu sözləri "İnter”in futbolçusu Nizami Hacıyev deyib.
Gənc futboçlu oyunun "Bakı” üçün əhəmiyyətsiz olduğunu bildirib: "Bu oyunun "Bakı” üçün əhəmiyyəti yox idi. Ona görə də meydana gəncləri buraxdılar. Gənclərə də özünü göstərmək, heyətə düşmək lazımdı. Çox hərəkətli komanda idi. Onlar meydanda çox qaçdılar. Qələbə qazanmaq üçün biz də çox qaçmalı idik. Bir neçə imkanımız olsa da, yararlana bilmədik. Allaha şükür ki, sonda qələbə qazana bildik”.
Nizami mövsümün komandası üçün normal keçdiyini bildirib: "Mövsüm ərzində pis təsir bağışlamadığımızı deyə bilərəm. Nə əla deyil, nə də pis, nomaldı. Sadəcə, mart ayında alınan 4 məğlubiyyət bizi çox geri saldı. Bu məğlubiyyətlər bizi çempionluqdan uzaqlaşdırdı. Yenə şükürlər olsun ki, mükafatsız qalmadıq. Əsas odu ki, Avropa Liqasına vəsiqə qazana bildik. Çalışacağıq ki, Azərbaycanı layiqincə təmsil edəcək”.
Ötən mövsüm zədə və hərbi xidmət problemləri yaşayan futbolçu cari mövsümü özü üçün uğurlu hesab edir: "Bu mövsüm mənim üçün uğurlu oldu. İlk növbədə baş məşqçi mənə inandı və şans verdi. Mən də bu şansı yaxşı dəyərləndirdim. Bundan başqa milli komandaya dəvət aldım. İndi "İnter”in əsas heyətində çıxış edirəm. Buna görə baş məşqçiyə təşəkkür edirəm. O, mənə çox kömək etdi. Bir sözlə mövsüm uğurlu alındı. Amma bununla kifayətlənmək olmaz. İrəli getmək lazımdı”.
|