"Həyacandan hər şey yadımdan çıxıb. Yaxşı oynayıb, "Xəzər Lənkəran"ı məğlub etdik. İkinci qolu da vura bilərdim, amma alınmadı". Bu sözləri "Xəzər Lənkəran"la oyundan sonra "İnter"in futbolçusu Nizami Hacıyev deyib. Matçdakı yeganə qolun müəllifi "Xəzər Lənkəran" azarkeşlərinin təzyiqi ilə üzləşdi. Belə ki, fasilədə qonaq azarkeşlər komandalarının sabiq oyunçusunu söyməklə qıcıqlandırmağa çalışdı. Lakin Nizami buna fikir vermir: "Azarkeşlərin söyüşlərini ciddiyə almıram".
|