"Xəzər Lənkəran”la oyunda komandamdan yalnız qələbə gözləyirəm. Başqa nəticə haqda düşünmürük”. Bunlari Bakının "İnter” klubunun prezidenti Georgi Nikolov deyib. Azərbaycan Premyer Liqasının növbəti turunun mərkəzi oyununda "İnter” "Xəzər Lənkəran”ı qəbul edəcək. Son çempion özündən irəlidə olan – 2-ci pillədə qərarlaşan Lənkəran təmsilçisinə fevralın 27-də qalib gələrsə, xal fərqini minimuma endirəcək. Bu şansdan yararlanmağın vacibliyini başa düşən "İnter”in prezidenti yalnız qələbəyə köklənib. Nikolovun fikrincə, rəqibdən üstünlükləri şanslarını artırır: "Xəzər Lənkəran”dan üstünlüyümüz ondadır ki, sabit, "oturulmuş heyətimiz” var. Bu üzdən qış fasiləsində transfer etməyə ehtiyac duymadıq. "Xəzər Lənkəran”ın isə fasilədə heyətində böyük dəyişiklər oldu. Çoxlu futbolçu ilə yollarını ayırdılar, 10-dan çox yeni oyunçu transfer ediblər. Fikrimcə, mövsümün ortası köklü islahatlar üçün uyğun vaxt deyil. Nəticədə futbolçular qısa müddətdə uyğunlaşa bilmirlər. Bunun üçün vaxt lazımdır. Biz isə qış fasiləsində heyətimizi qoruduğumuzdan, belə çətinliklərlə üzləşməmişik”. Qeyd edək ki, "İnter”ın fasilədə yeganə transferi "Xəzər Lənkəran”dan icarəyə götürdüyü
|