"İnter"in prezidenti Georgi Nikolov İntizam Komitəsinin çıxardığı qərarla bağlı fikirlərini Premyerliqa.az saytına bildirdi: "İntizam Komitəsinin çıxardığı qərarlara hörmətlə yanaşıram.
İntizam Komitəsinin hüququ cəhətdən verdiyi qərarları icra etmək məcburiyyətindəyik. 21 min manatlıq cəriməni də ödəyəcəyik. Artıq 0:3 hesablı məğlubiyyəti meydançadan çıxanda qəbul etmişdik.
Bilirdik ki, sonu belə olacaq. Sadəcə mən, insidentin böyüməməsi üçün belə qərar vermişdim. Artıq geriyə qayıtmaq mümkün deyil. Oyun keçib, qərar da çıxarılıb" "İnter”in prezidenti Georgi Nikolov AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında "İnter” – "Bakı” matçındakı qalmaqala görə çıxarılan cəzalara münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
"Mən AFFA İcraiyyə Komitəsinin üzvlərinə söz vermişəm ki, heç bir etiraz göndərməyəcəyik. Hazırda öz hüquqşünaslarımızla çıxarılan qərarları müzakirə edirik. Çıxarılan qərarlara tabe olmağımız heç də onlarla razılaşmağımız anlamına gəlmir. Şübhəsiz ki, bəzi qərarlarla bağlı iddia qaldırmalı olacağıq. Bəzi qərarlar isə çempionatın əsasnaməsinə uyğun olduğundan, onlarla bağlı iddia qaldırmaq fikrim yoxdu. AFFA İK-nə minnətdarlığımı bildirirəm ki, məni də bu iclasa dəvət etmişdilər. Mənə də öz fikirlərimi, arqumentlərimi ortaya qoymağa şərait yaratdılar”.
|