Son çempion "Neftçi" son turda "Xəzər Lənkəran"ın məğlubiyyətsiz oyunlar seriyasına son qoyan "İnter"i qəbul edəcək.bu komandalar arasında ilk oyun 2004-cü ildə keçirilib. "İnter" 2:1 hesabı ilə qələbə qazanıb.
Qeyd edək ki, rəqiblərin qarşılaşmasında ilk qolun müəllifi "İnter”in indiki kapitanı Vladimir Levin olub.
İndiyədək komandalar 24 dəfə üz-üzə gəliblər. Bu qarşılaşmaların 8-də "İnter", 6-da "Neftçi" sevinib. 10 matç isə heç-heçə başa çatıb. Vurulmuş qollar arasında fərq 22-21 "bankirlər"in xeyrinədir.
Azərbaycan çempionatı çərçivəsində "İnter" 9 dəfə "Neftçi"ylə səfərdə oynayıb.
Bu qarşılaşmaların 3-də meydan sahibləri, 2 dəfə "bankirlər" sevinən tərəf olub, 4 matçda isə qalib müəyyənləşməyib.
Qeyd edək ki, "İnter" – "Neftçi" duelinin tarixində ən böyük hesab 3:0 olub. Məhz bu hesabla "bankirlər” 2009/2010-cu il mövsümündə kubok oyunu çərçivəsində keçirilən səfər oyununda "ağ-qaralar"ı yenib.
"İnter" – "Neftçi" qarşılaşmasında ən populyar nəticə isə 1:0 və 1:1-dir. Belə nəticə 24 qarşılaşmanın 10-da, hərəsi 5 dəfə olmaqla qeydə alınıb.
|