Azərbaycan Kubokunun yarımfinal mərhələsinin "İnter” – "Neftçi” oyununu tərəflərin 5-ci kubok dueli olacaq. "Agli-goylu.ucoz.net" xəbər verir ki, bundan əvvəlki 4 qarşıdurmadan 3-də "İnter”, 1-də "Neftçi” mərhələ adlayıb."Neftçi” bu dəfəki rəqibi ilə duellərdə mərhələni bu komanda "Xəzər Universitet”i adlanan vaxtda – 2001-2002-mövsümündə adlayıb. Yarımfinalın ilk duelində 2:0 hesablı qələbə qzanıb, cavab oyununda 1:2 hesabı ilə yenilən "Neftçi” yarımfinala çıxıb. Flaqman kubokda "İnter” üzərindəki yeganə qələbəsini həmin vaxt – düz 10 il əvvəl qazanıb.Tərəflərin növbəti dueli 2004-2005 mövsümünün 1/4 final mərhələsində baş tutub. Hər iki qarşılaşma 0:0 hesabı ilə bitdiyindən qalib penalti seriyasında müəyyənləşib. Bu zaman "İnter” daha güclü olub – 4:3.Üçüncü duel 2007-2008 mövsümünün yarımfinalına təsadüf edib. İlk oyun 2:2 hesabı ilə başa çatıb, cavab qarşılaşmasında "İnter” qələbə qazanıb – 1:0.Hələlik son duel 2009-2010 mövsümündə keçirilib. 1/4 finaldakı qarşıdurmada "İnter” iki qələbə – 3:0, 2:1. "İnter” – "Neftçi”: bütün kubok qarşılaşmaları 2001/02 1/2 final Neftçi – Xəzər Universiteti 2:0 Xəzər Universiteti – Neftçi 2:1 2004/05 1/4 final Neftçi – İnter 0:0 İnter – Neftçi 0:0, pen-4:3 2007/08 1/2 final Neftçi – İnter 2:2 İnter – Neftçi 1:0 2009/10 1/4 final Neftçi – İnter 0:3 İnter – Neftçi 2:1
|