Dünən keçirilən "AZAL" oyun haqda fikirlərini bizimlə bölüşən Samir Zərgərov bunları dedi Dünən ki oyun haqda nə deyə bilərsən?uzun sürən cərimədən sonra meydana daxil oldun və qolda vura bildin. Oyun biz istədiyimiz kimi başlamadı erkən qol buraxdıq gözlənilmədən lakin sonradan oyunu ələ ala bildik və istədiyimiz qolu vura bildik.Çox sevinirəm ki vurduğum qol bizi məğlubiyyətdən qurtardı.Qoldan sonra da bir neçə epizodlarımız oldu lakin dəyərləndirə bilmədik.Gələcək oyunlarda qalib gəlib xal ehtiyyatımızı artıracağıq. Qolu vuran zaman "AZAL" oyunçuları stadionda işıqların sönməsindən xüsusəndə qapıçı Həsənzadənin narazıçılığına fikrini bilmək istərdik? Qol vuran zaman heç mən işığa fikir vermirdim.Necə olur ki mən topu görə bilirəm qapıçı yox?Bütün bu fikirlər ki guya klub bilərəkdən işığı söndürüb bunlar sadəcə cəfəngiyyatdı.Klubumuz heç zaman belə yola əl atmaz biz təmiz oynayıb təmiz xallar toplayırıq. Qarşıda kubok oyunu var komanda bu oyuna necə hazırlaşır? Artıq bu gündən kubok oyununa hazırlıqlara start verilib.İnşallah "Turan"la oyunda qalib gəlmək istəyirik."İnter" finalda oynamğa layiq komandadır.Ümumiyyətlə biz hər zaman ancaq yüksək yerlər uğrunda mübarizə aparırıq. Oktay Ağazadə agligoylu.tk
|