"İnter" heyətinə yeni futbolu cəlb edib.bank klubu seneqallı yarımmüdafiəçi İbrahima Niasseni heyətinə qatıb. "İnter" 23 yaşlı yarımmüdafiəçi ilə artıq yanvara qədər müqavilə imzalayıb. Anlaşmanın müddətinin uzadılması mümkündü. Qeyd edək ki, FİFA-nın qaydalarına əsas azad agent statusu olan futbolçularla transfer pəncərəsi bağlanandan sonra müqavilə bağlamaq olar. Ali futbol qurumu bu qərarı futbolçuların işsiz qalmaması üçün qəbul edib. Qeyd edək ki, İbrahima Niasse 18 aprel 1988-ci ildə Seneqalda dünyaya gəlib. O, Fransanın "Nansi" klubunun yetirməsidi. 2006-2008-ci illərdə bu klubun B komandasında forma geyinən Niasse 23 oyunda 2 qol vurub. Seneqallı yarımmüdafiəçi 2008-2011-ci illərdə İsveçrənin "Xamax" klubunun şərəfini qoruyub - 64 oyun, 10 qol. O, bir müddət əvvəl Cənubi Kiprin "Apollon" klubu ilə anlaşsa da, sonradan müqaviləsi pozulub.
|