"İnter"in yarımmüdafiəçisi Samir Zərgərov agligoylu.tk verdiyi müsahibədə komanda haqda eləcə də "Qarabağ"la oyun haqda bunları dedi. Neftçi ilə oyundan sonra dörd oyunluq cərimə aldın.Bu sənin oyun təcrübənə təsir etməyəcək ki? Düşünmürəm ki təsir edə komanda ilə müntəzəm məşqlərə çıxıram.Formada qalmağa çalışıram.İnşallah cəriməm bitəndən sonra yenə də əsas heyyət oyunçusu olmağa çalışacam.
Son zamanlar komanda yaxşı oyun sərgiləyir və artıq neçə turdur ki yenilmir.Bunun sirri nədədir? Elə də böyük sirri yoxdu sadəcə komanda oyunu göstərib baş məşqçinin verdiyi tapşırıqları meydanda yerinə yetiririk.Taktiki gedişlərimiz və uşağların meydanda can qoyması bizim oyunumuza təsir edir.İnşallah gələcək turlarda da bundan da yaxşı oyun göstərməyə çalışacağıq.
Gələn tur "İnter”i ağır oyun gözləyir.”Qarabağ” turnir cədvəlində yaxın izləyicinizdir.Bu oyun haqda nə deyə bilərsən? Rəqib çox yaxşı komandadır.İlk oyunda səfərdə məğlub olmuşduq.Amma indi biz doğma meydanda oynayacağıq.Bu amil bizim xeyrimizədir.Bu oyunda çalışıb qalib gələmək və turnir cədvəlində daha da irəlləmək fikrimiz var.Düşünürəm qalib gələn tərəf biz olacağıq. Komanda ümumilikdə Avro Liqaya vəsiqə uğrunda mübarizə aparır ya daha yüksək yerlər uğrunda. Həm Avro Liqaya vəsiqə həmdə çempionluq uğrunda mübarizə aparır.Mən "İnter”in heyyətində Azərbaycan Çempionu olmaq istəyirəm.İnşallah bu arzuma çataram.
Oktay Ağazadə agligoylu.tk üçün
|