Rövnəq Abdullayev və Hafiz Məmmədov Azərbaycanın ən böyük futbol fanatı ləqəbi ilə tanınan aktyor Faiq Şadlı ayın 12-də Azərbaycan- Türkiyə oyununda özü ilə stadionun 16-cı sektoruna Azərbaycan və Türkiyə bayrağlarının rənglərinə boyanmış göyərçinlər gətirərək səmaya buraxacaqlarını qeyd edib. Belə ki, ən böyük fanat oyunun başlanmasına bir neçə dəqiqə qalmış Azərbaycan və Türkiyə bayrağ rənglərinə boyanmış göyərçinləri səmaya buraxmaq üçün VİP sektorda əyləşən ünlü futbol adamları Rövnəq Abdullayev və Hafiz Məmmədova verəcəyini qeyd edib. Xatırladaq ki, bu olaya Türkiyə mətbuatıda böyük diqqət verir. Azərbaycan və Türkiyə bayrağlarının rəngləri ilə boyanmış göyərçinləri oyuna bir neçə dəqiqə qalmış Azərbaycanın ünlü futbol adamlarının səmaya atması ilə bağlı Faiq Şadlı Bakıda yerləşən Türkiyə səfirliyinə müraciət edib və xəbəri Türkiyə səfirliyi çox xoş qarşılayaraq bu barədə Türkiyə telekanallarına və nüfuzlu qəzetlərə faksda göndəriblər... Olayla bağlı Kanal-D Ana Haber Ali Birand və Star-Tv də Uğur Dündar xəbərə qısa toxunaraq ən xoş arzularını bildirblər. Sonda Azərbaycan-Türkiyə oyununda ən fəal fanatara müraciət edib. Faiq Şadlı heməşə fəallıq etdiyi 16-cı sektora ən fəal fanatları onunla birgə oyunun sona qədər fəallıq etməyə dəvət edir...