Unibank Premyer Liqasının VIII-ci turuna üç oyunla start verildi.”Şəfa” stadionunda "İnter” komandası Salyanın "Muğan” komandası ilə qarşılaşırdı.Qarşılaşma başlayan kimi "İnter” komandasının futbolçuları hücuma atırdılar.Lakin oyunun ilk real təhlükəsini salyanlılar yaratdılar.Təxminən 30 metrdən "Muğan” komandasının oyunçusu Rais gözəl zərbə ilə topu "bankirlərin”qapısına vurdu.Qapının doqquzluğana gedən topun qarşısını "İnter” komandasının təcrübəli qapıçısı Dmitri Kramarenko kəsdi.Bundan sonra "İnter” Petar Zlatinovun ifasında iki dəfə qola yaxın oldular.İlk epizodda mtop qapı dirəyinin bir neçə santimetrliyindən aralı keçsə də,ikinci epizodda qap tiri "Muğan” komandasını qoldan xilas etdi.Birinci hissənin qalan vaxtı ərzinda meydançanın mərkəzi uğrunda mübarizə aparan futbolçular qapılar qarşısında təhlükə yarada bilmədilər və birinci hissə 0:0 ilə başa çatdı.
İkinci hissəyə "İnter” komandası oyunçu dəyişikliyi ilə başladı.”İnter”in kapitanı Bronislıav Çervenko meydanı tərk etdi,onun yerinə Mario Souza meydana daxil oldular.Bu dəyişiklik "İnter” komandasının oyununda canlanma yaratdı.”Muğan” komandasının futbolçuları hamılıqla qapılarının təhlükəsizliyini fikirləşir,”bankir”lər isə sağ və sol cinahlardan hücumlar təşkil edirdilər.İkinci hissə ərzində Mario Souza,Arif Daşdəmirov,Girts Karlsons və Dmitri Kruqlov çox fəal idilər.Salyanlılar isə Fərrux İsmayılovla əks-hücumlar qurmağa çalışırdılar.İkinci hissə boyu bir-iki qol epizodunu boşa verən "İnter” komandasınının futbolçuları istəklərinə qarşılaşmanın 81-ci dəqiqəsində çatdılar.Oyunun fəallarından olan Dmitri Kruqlov "Muğan” komandasının cərimə meydançasına daxil oldu,lakin novruz Məmmədov onun qarşısını kobudluqla aldı və qarşılaşmanın baş hakimi "Muğan” komandasının qapısına 11 metrəlik cəri zərbəsi təyin etdi.Topa yaxınlaşan Girts Karlsons topu qapıdan keçirtdi.Hesabda geri düşəndən sonra "Muğan”komandası dərhal irəli atıldı və təbii ki,salyanlıların müdafiəsində boşluqlar yaranmağa başladı.İki mdəfə rəqibi əks-hücumda yaxalayan "bankir”lər bundan yararlana bilmədilər və oyun 1:0 hesabı ilə "İnter” komandasının qələbəsi ilə nəticələndi.
Bu qələbədən sonra "İnter” komandası 16 xalla üçüncü pillədə qərarlaşdı.
Oyundan sonra mətbuat konfransı
Unibank Premyer Liqasının VIII-ci turunun "İnter" - "Muğan" komandaları arasında keçirilən qarşılaşmadan sonra hər iki komandaların məşqçilərinin iştrakı ilə mətbuat konfransı təşkil edildi.Oyun barədə məşqçilərin səsləndirdikləri fikirlərlə sizləri tanış edirik.
Almir Hurtiç
, "Muğan" klubunun baş məşqçisi: "Fikrimcə bizim üçün uğursuz oyun oldu. Komandam meydanın hər yerində mübarizə aparsa da, "İnter"in qapısı önündə kifayət qədər təhlükəli epizodlar yarada bilmədik. "İnter" çox güclü komandadır, bu gün çox yaxşı oynadılar. Artıq ikinci dəfədir ki, uğursuzluq yaşayırıq - rəqibimizə penalti zərbəsi ilə məğlub oluruq. "İnter" komandasını qələbə münasibəti ilə təbrik edirəm. Qarşıdakı oyunlara hazırlaşacağıq".
Georgi Çixradze, "İnter" klubunun məşqçisi: "Çox maraqlı oyun oldu, komandalar yüksək temp və sürət göstərdi. Hər iki komanda qalib gəlmək istəyirdi. Bizim oyunumuzda, demək olar ki, hər şey alınırdı. Mərkəz xəttdə sıxlıq olduğundan cinahdan hücumlara üstünlük verdik. Lakin son vuruşlarda qeyri-dəqiqlik var idi. Komandamı qalib gəldikləri üçün, həmçinin "Muğan"ı göstərdikləri oyuna görə təbrik edirəm"
|