Unibank Premyer Liqanın XXXII turunun növbəti oyunları keçirildi. Komandamız Tofiq Bəhramov adına Respublika Stadionunda "Bakı"nın qonağı oldu. Qarşılaşma 0:1 hesabıyla "İnter"in xeyrinə başa çatdı. Oyunda yeganə qolu Rövşən Əmiraslanov vurdu.
Kaxaber Tsxadadze:
"Komandamız psixoloji baxımdan daha üstün idi" "Qələbə bizə çox vacib idi. Ancaq istidə oynamaq çətin oldu". bu sözləri "Bakı" ilə oyundan sonra "İnter"in baş məşqçisi Kaxaber Tsxadadze deyib. Gürcü mütəxəssis komandasının psixoloji cəhətdən güclü olduğunu bildirib: "Komandamız psixoloji baxımdan daha üstün idi. Hər iki komanda təhlükəli vəziyyətlər yaratdı. Lakin biz bundan lazımınca istifadə etdik. Bu qarşılaşmaya 3 xal qazanmaq üçün çıxmışdıq. İkinci hissədə heyətdə dəyişiklik nəticəsində oyunumuzda dönüş etdik və bu, boşluqların doldurulması baxımından əhəmiyyətli oldu. Qalib gəldiyimiz üçün çox şadam. Final mərhələsində ilk dəfə qalib gəldik. Bu münasibətlə futbolçularımızı təbrik edirəm. Biz Avroliqaya vəsiqə qazanmaq üçün çempionatda üzərimizə düşəni etdik. İndi hər şey AZAL - "Qarabağ" oyununun nəticəsindən asılıdı".
|