Главная » 2011 » Fevral » 19 » "MOİK" cəmi 40 dəqiqə tab gətirdi (VİDEO icmal)
11:53
"MOİK" cəmi 40 dəqiqə tab gətirdi (VİDEO icmal)
Unibank Premyer Liqasının XXI-ci turunda "MOİK” komandası "İnter”I qəbul edirdi.Komandaların turnir cədvəlində yerləşdikləri mövqeləri nəzərə alsaq "İnter” qarşılaşmaya favorit qismində çıxmışdı.Oyunun baş hakimi Rauf Cabbarov start fitini verən kimi "İnter” irəli atıldı.İlk dəqiqələrdən ərazi üstünlüyünə yiyələnən "bankirlər”ard-arda hücumlar qurub erkən qol vurmaq istəyirdilər.”MOİK” komandası isə qapısına sıxılıb bəxtini əks-hücumlarda axtarırdı.Qurulan hücumlar zamanı Aleksandr Çeroqanov və Petar Zlatinovun vurduqları zərbələrdən sonra top qapının yanından keçdi.”İnter”in sağ və sol cinahları ilə təşkil edilən hücumları zamanı "hərbiçilər”in qapısı qarşısına ötürmələr meydan sahibləri üçün təhlükə yaradırdı.Birinci hissənin ortalarında David Odkadzenin sağ cinahdan ideal ötürməsinə Girts Karlsons çata bilmədi.Ardınca gürcü yarımmüdafiəçinin zərbəsindən sonra top az fərqlə qapının yanından keçdi.Oyunun ötən dəqiqələri ərzində "MOİK” cəmi bir hücum qura bilmişdi və Nizami Sadıqovun zərbəsini Georgi Lomaya çətinlik çəkmədən dəf etmişdi.Oyunun 40-cı dəqiqəsində "İnter”in aramsız hücumları bəhrəsini verdi.David Odikadzenin sağ cinahdan asmasını Dmirti Kruqlov başla qapıdan keçirtdi (0:1).Buraxılan qoldan sonra "MOİK” komandası "açıldı” və bunun müqabilində komandanın müdafiəsində boşluqlar yaranmağa başladı.Bu boşluqlardan istifadə edən "bankirlər” oyunun 25-ci dəqiqəsində ikinci qolu rəqib qapısından keçirtdilər.Petar Zlatinovun gözəl ara ötürməsindən sonra David Odikadze qapıçı ilə üz-üzə qalır və ikinci dəfə "hərbiçilər”I məyus edir (0:2). İkinci hissədə də oyunun ssenarisi dəyişmir.”İnter” rəqibi təzyiq altında saxlayıb aramsız hücumlar qururdu.Bu təzyiqin nəticəsində "MOİK” meydanın mərkəzini keçə bilmir və futbolçular ötürmələrdə səhvə yol verirdilər.Oyunun gedişindən hiss olunurdu ki,”bankirlər”qarşılaşmadan böyükhesablı qələbə ilə ayrılmaq arzusunda idilər.İkinci hissə ərzində bir neçə qol vəziyyətindən yararlana bilməyən "İnter” 79-cu dəqiqədə üçüncü qolu vurur.”MOİK” komandasının qapısı qarşısında yaranan qarşılıqlıqdan istifadə edən İlia Kandelaki üçüncü dəfə "hərbiçilər”in torunu silkələyir (0:3).Buraxılan üçüncü qoldan bir dəqiqə sonra "MOİK” qapısında dördüncü qolu görür.Cərimə zərbəsindən qapı qarşısına göndərilən topu Vladimir Levin qapıdan keçirir (0:4).Qarşılaşmanın qalan dəqiqələrində daha bir neçə qol şansını yaxalayan "İnter” bundan yararlana bilmir və oyun "bankirlər”in böyükhesablı qələbəsi ilə nəticələnir.