Dünən Tirana şəhərindəki Qemal Stafa stadionunda Albaniya və Azərbaycan milli komandaları arasında keçirilmiş yoldaşlıq oyunu 1:0 hesabı ilə millimizin xeyrinə başa çatıb. Qarşılaşmadakı yeganə qolun müəllifi Rauf Əliyev olub.Millimizn heyyətində "İnter" klubunun da şərəfini qoruyan oyunçular Albaniyaya qarşı oynayıblar.Komandamızın əsas müdafiəçisi olan Vladimir Levin millimizin heyyətində əvəz olunmadan oynayıb və müdafiədə yaxşı təsir bağışlayıb.Komandamızın digər əsas heyyət oyunçusu olan Nizami Hacıyev isə millimizin heyyətində meydana sonradan daxil olub.Nizami 64-cü dəqiqədə Vüqar Nadirovun əvəzinə daxil olub.Nizami oynadığı dəqiqələr ərzində rəqibə qarşı əzmkar oyunu ilə yadda qalıb.