Zlatan İbrahimoviç Azərbaycanlı futbolçulara ismarış göndərdi "Milan”ın bir qrup heyəti Bakıya gəlir. İtaliya klubunun uşaq futbolu üzrə mütəxəssisləri Novruz bayramı ərəfəsində Azərbaycanda olacaqlar. İtaliyalı məşqçilər Bakının "İnter” klubunun dəvəti ilə gəlirlər. "İnter”in kommersiya üzrə meneceri Zöhrab Əliyev Premyerliqa.az-a müsahibəsində bidlirdi ki, martın 19-24-ü tarixlərində Azərbaycanda olacaq qrup 200 uşağın məşqini izləyəcək. Onlar "İnter”li uşaqlar arasından 4 nəfəri seçərək "Milan”a aparacaq. Uşaq futbolçular 1 həftə İtaliyada olacaqlar. Məşqlər edəcək, oradakı həmyaşıdları ilə oynayacaq, təcrübələrini artıracaqlar. Səfərə "San Siro” stadionunu, muzeyləri və başqa maraqlı yerləri ziyarət etmək planı da daxildir. Zöhrab Əliyev xatırlatdı ki, bununla "Milan” "İnter”in dəvəti ilə artıq 3-cü dəfə Azərbaycanda olacaq. 2008-ci ildə "İnter” və "Beynəlxalq Bank”ın trəşkiltaçılığı ilə başlanmış dəvət "İnter”li uşaqların və ümumilkdə Azərbaycan futbolunun inkişafına yönəlib. Klub rəsmisi söylədi ki, İtaliya klubu apardığı futbolçuları mütamadi olaraq izləyir və gələcəkdə "Milan”a transfer məsələsi də düşünülür. "Milan" Bakı klubuna səfərləri ilə bağlı məktub da yazıb. Məktubda Zlatan İbrahimoviç də Azərbaycanlı uşaqlara uğurlar arzulayıb. Onlar arasından çox sayda bacarıqlılarının üzə çıxacağına əmin olduğunu bildirib. Premyerliqa.az həmin məktubu da aşağıda təqdim edir. Zlatan İbrahimoviçin yazdıqlarını orijinal halda oxumaq mümkündür:
|