-Mario, "Xəzər-Lənkəran”la oyun barəsində nə düşünürsən?
M.S.:-Bizi ciddi oyun gözləyir, mən onu 6 xal uğrunda mübarizə də adlandırardım. Yüksək futbol nümayiş etdirməyə və qalib gəlməyə çalışacağıq.
-Axı, sən "Xəzər-Lənkəran”da oynamısan. Bu qarşılaşma sənin üşün çox vacibdir. Nəsə sübut etmək istəyəcəksən?
M.S.:-Yox. Bu, mənim üçün adi oyunlardan biridir. Mən "Xəzər-Lənkəran” komandasında çıxış etmişəm, lakin həyatımın bu səhifəsi keçmişdə qaldı. İndi mənim bir komandam var-"İnter”.
|