"İnter" 500 min avroya futbolçu alır Bakı "İnter"i Mərakeş yığmasının üzvü Şakib Benzukananı transfer etmək istəyir.Bu barədə Bolqarıstanın "Meridian maç" qəzeti məlumat yayıb. Qəzetin məlumatına görə, "İnter" Sofiya "Levski"sində forma geyinən müdafiəçi üçün bolqarlara 500 min avro təklif edib. Qəzet onun həmçinin adı açıqlanmayan bir Fransa klubunun da hədəfində olduğunu yazıb. Qeyd edək ki, Şakib Benzukan 7 avqust 1986-cı ildə Mərakeşin paytaxtı Maroko dünyaya gəlib.ö 183 sm boyu olan arxa xətt oyunçusu karyerasına vətənində - "Kaukab Mərakeş" klubunda başlayıb. 2007-ci ildə 300 min avroya transfer olunduğu "Levski"də indiyədək 30 oyun keçirib. 2009-cu ildən 3 dəfə Mərakeş millisinə dəvət alıb.
mənbə fanat.az
|