"Antalyaspor"-"İnter" matçından sonra rəqib komandanın baş məşqçisi
Mehmet Özdilək oyun haqqında fikirlərini bizimlə bölüşməyə razılıq
verdi:
"Bu öncə hazırlıq matçı idi. Belə oyunlarda əsas məqsədimiz öz oyun
anlayışımızı daha da yüksəltməkdən ibarətdir. Bu gün də başa-baş
mübarizə oldu. Bütün futbolçulara oynamaq imkanı yaratdıq. Rəqibə çox
mövqe vermədik. Matçın nəticəsi sülhlə yekunlaşdı. Təbii ki, Azərbaycan
futbolu ilə Türkiyə futbolu arasında ciddi fərq var. Ölkənizdə futbol
inkişaf dövrünü yaşayır. Bir az zaman tələb olunur. Hər il inkişaf edən
Azərbaycan komandalarıyla qarşılaşırıq. Bir qədər səbr etmək lazımdır.
İnanıram ki, Azərbaycan futbolu haqq etdiyi yerə çatacaq".
|