Qazaxıstanın "Aktau” Futbol Klubunun U-10
komandasının baş məşqçisi Maksim Melnikov Bakıya səfərin məqsədi barədə
danışdı, "İnter” PİK-in U-10 komandasıyla qarşılaşma haqqında fikirlərini
bölüşdü və Qazaxıstanda uşaq-yeniyetmə futbolundakı vəziyyətdən bəhs etdi.
-Öncə Azərbaycana səfərinizin hansı məqsəd
daşıdığını bilmək istərdik?
-Deyim ki, komandamız çox gəncdir, cəmi 1 ildir fəaliyyət
göstərir. Bakıya təcrübə toplamaq məqsədilə gəlmişik. Mahiyyət etibarilə ölkələrimiz
qonşudurlar və ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etməsini istərdik.
Bizim haldasa futbol sahəsində təcrübənin mənimsənilməsinin yaxşılaşmasını
arzulayırıq.
-Məktəbinizin fəaliyyəti barədə məlumat verməyinizi
xahiş edirik...
-İdman məktəbimizdə müxtəlif yaş kateqoriyalı
futbol komandaları var. Daimi yarışlar keçirilir. Bundan başqa, ölkə xaricinə də
gedirik. Xüsusi olaraq qeyd etmək istərdim ki, bu il 1995 və 1997-ci il təvəllüdlü
futbolçulardan ibarət komandalarımız Qazaxıstan çempionatında 3-cü yerləri
tutublar.
-Bu gün rəhbərlik etdiyiniz komanda "İnter”in U-10
komandasıyla yoldaşlıq matçı keçirdi. Baxmayaraq ki, böyük hesablı məğlubiyyətə
uğradınız, komandanız sonadək mübarizə apardı. Matç barədə fikirlərinizi bilmək
istərdik...
-Bizim çox sayda çatışmazlıqlarımız var, onlar üzərində
çox işləmək lazımdır. Məhz belə matçlar sayəsində hər bir oyunçu artırır və səviyyəcə
yüksəlir. Bu gün "İnter” bizdən güclüdür və oyun bunu təsdiqlədi. Yaxşı
komandanız var, bütün futbolçuların hər biri özüməxsus şəkildə yaxşıdır.
-Qazaxıstanda uşaq-yeniyetmə futbolunun vəziyyəti
barədə danışmağınızı xahiş edirik...
-Bizdə futbolçuların yetişdirilməsinə böyük diqqət
ayrılır. Uşaq futboluna lazımi maliyyə vəsaitləri yatırılır. Əsas
çatışmazlıqlardan biri lazımi səviyyədə infrasrtukturun olmamasıdır
|