Məlumat verdiyimiz kimi, iyulun 26-da Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində "Asteras" və "İnter" komandaları arasında cavab qarşılaşması keçirildi. Oyunun əsas vaxtı 1:1 hesabıyla başa çatdı.Qarşılaşmanın 68-ci dəqiqəsində "bankirlər"in cərimə meydançasında nəzarətsiz qalan Navaro qarşısıalınmaz zərbə ilə hesabı açır.Bundan 20 dəqiqə sonra künc zərbəsindən Daniel Qenovun qaldırdığı topa Tales Şüts başla müdaxilə edib tarazlığı bərpa edir. Əlavə edilmiş 30 dəqiqə ərzində də qalib müəyyənləşmədi. Penaltilər seriyasındasa yunanlar daha qəqiq oynayaraq(4:2) növbəti mərhələyə vəsiqə qazandılar.
Xatırladaq ki, ilk oyun 1:1 hesabıyla başa çatmışdı.
|