David Odikadze: "Sevinirəm ki,vurduğum qolla komandamın qələbəsinə öz töhvəmi verdim" Unibank Premyer Liqasının XIV-cü turunda keçirilən "İnter” – "Turan” qarşılaşmasından sonra "İnter” komandasının gürcüstanlı yarımmüdafiəçisi oyun haqqında fikirlərini bizimlə bölüşdü: "Hesabın böyük olmasına baxmayaraq qarşılaşma heç də asan keçmədi.Bu komandada yaxşı mənada dəyişiklik hiss olunur.Sevinirəm ki,oyunda vurduğum qol ilə komandamın qələbəsinə öz töhvəmi verdim və ümid edirəm ki,bunun davamı gələcək.Meydanda Rövşən Əmiraslanovla tez-tez yerlərimizi dəyişməsinə gəlincə isə,bu baş məşqçinin göstərişi ilə baş verirdi.Mən futboloçuyam və mənim vəzifəm meydana çıxıb məşqçinin tapşırıqlarını yerinə yetirib komandamın qələbə qazanması üçün əlimdən gələni etməkdir” Robertas Poşkuş: "Mən hücumçuyam və vəzifəm meydana çıxıb qol vurmaqdır" "İnter” komandasının litvalı qoleodoru "Litva Tankı” ləqəbli Robertas Poşkuş Unibank Premyer liqasının XIV-ci turunda keçirilən "İnter” və "Turan” komandalarının qarşılaşmasında sonradan meydana daxil olub vurduğu qol ilə "bankirlərin” qələbəsinə öz töhfəsini vermiş oldu.Bu oyun barədə Robertas Poşkuşun fikirlərini təqdim edirik: "Bu qarşılaşmaya ciddi hazırlaşmışdıq.Erkən qol vurmaq tapşırığını yerinə yetirib oyuna nəzarət etməyə başladıq.Üstünlük bizim tərəfimizdə olduğu üçün rahat oynayıb rəqibin qapısından daha iki qol keçirtdtk.Vurduğum qola gəlincə isə onu deyə bilərəm ki,mən hücumçuyam və vəzifəm meydana çıxıb qol vurmaqdır.Mən düşünmürəm ki,mənim üzərimdə hansısa sindrom var idi və mən vurduğum qol ilə bu sindromu qırmış oldum.Sadəcə mən öz vəzifəmi yerinə yetirib komandamın qələbəsində pay sahibi oldum”.
mənbə interfan.az
|