Məlumat verdiyimiz kimi, "İnter" komandası Gürcüstanda təlim-məşq toplanışındadır. Bu gün komandamız axşam məşqində isinmə hərəkətlərini yerinə yetirməklə yanaşı, topla davranış və uzun ötürmələr üzərində çalışdılar. "İnter"in düşərgəsinə qatılan Diego Souza və Vladimir Levin də fərdi qaydada məşq edirlər. Xatırladaq ki, sabah "İnter" ilk yoldaşlıq matçını keçirəcək. Komandamızın rəqibi Gürcüstanın yüksək liqasında mübarizə aparan "Dila"(Qori) komandası olacaq. Matç yerli vaxtla saat 17.00-da başlanacaq.
|