Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışını davam etdirən "İnter" klubu bu gün növbəti yoxlama görüşünə çıxdı.
Komandamızın rəqibi ötən mövsüm Türkiyə Super Liqasına vəsiqə
qazanan "Mersin İdman Yurdu" klubu idi. Klubumuz türklərə qarşı bu
start heyətlə çıxdı: Səlahət Ağayev,Vladimir Levin(k), İlia Kandelaki,
Xəyal Mustafayev, Asif Mirili, Samir Zərgərov, Daniel Genov, Bronislav
Çervenka, Asif Məmmədov, Girts Karlsons və baxışda olan futbolçu (klubla
müqaviləsi olmadan onun adı açıqlanmır).
Oyunun startından
komandamız təşəbbüsü əla aldı. Artıq 4-ci qəqiqədə Daniel Genov cərimə
zərbəsini yaxşı yerinə yetirdi, lakin bu epizodda türkləri qapı dirəyi
qoldan xilas etdi. Buna baxmayaraq "İnter" hücumlarını davam etdirdi və
17-ci dəqiqədə istəyinə nail ola bildi. Girts Karlsons yaxın məsafədən
topu qapıdan keçirərək, komandasını hesabda irəli çıxartdı. Rəqibdən
daha aktiv futbol sərgiləyən komandamız 35-ci dəqiqədə üstünlüyünü iki
topa çatdırdı. Bu dəfə fə türkləri Girts Karlsons məyus etdi. Beləliklə,
görüşün birinci hissəsi komandamızın xeyirinə başa çatdı-2:0.
Fasilədə
komandamızın baş məşqçisi Kaxaber Tsxadadze bütün heyəti dəyişdi. Gürcü
mütəxəssis meydana Dmitri Kramarenko, Arif Daşdəmirov, Rüstəm Abbasov,
Ruslan Poladov, Valeri Abramidze, Petar Zlatinov, Şəhriyar Rəhimov,
Nizami Haciyev, Aleksandr Qross, Baçana Tsxadadze və baxışda olan digər
futbolçunu buraxdı.
İkinci hissəyə komandamız elə də yaxşı
başlamadı. Bunun nəticəsində türklər 2 qol vuraraq hesaba tarazlıq
gətirdilər. Bununla belə, "İnter" ruhdan düşmədi və 87-ci dəqiqədə yenə
hesabda irəli çıxdı. Bu dəfə fərqlənən futbolçu Baçana Tsxadadze oldu.
Lakin komandamız ğörüşdə qələbə qazana bilmədi. Oyunun bitməsinə bir
neçə saniyə qalmış müdafiə həddimiziin köbud səhfindən istifadə edən
"Mersin İdman Yurdu" klubu hesabı bərabərləşdırdı.
Beləliklə,
Türkiyə toplanışı çərçivəsində keçirilən ikinci yoxlama oyununda "İnter"
"Mersin İdman Yudru" klubu ilə 3:3 hesablı heç-heçəyə imza atdı.
|