"İnter” dünəndən etibarən Unibank Premyer Liqanın 27-ci turu çərçivəsində "Qarabağ”la keçiriləcək oyununun hazırlıqlarına başlayıb.Azərbaycanın gənclərdən ibarət milli komandasının düşərgəsinə yollanmış Səlahət Ağayev və Elnur Abdulov bu gün baş tutan məşqlərə qatılmamışdılar. Məşq prosesi isinmə hərəkətlərilə başladı, fiziki və topla hərəkətlərin yerinə yetirilməsilə davam etdirildi. Qeyd edək ki, Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts tribunadan məşq prosesini izlədi. Əlavə edək ki, "İnter”-"Qarabağ” matçı aprelin 7-də saat 16.00-da başlayacaq. Mənbə:İnter.az
|