Dünəndən etibarən "İnter” Unibank Premyer Liqanın 28-ci turu çərçivəsində "Neftçi” komandasına qarşı keçirəcəyi oyunun hazırlığına start verib. Bu gün baş tutan məşq qaçış və fiziki hərəkətlərlə başladı. Futbolçular topla çalışdıqdan sonra ikitərəfli oyun keçirdilər. Qeyd edək ki, "Neftçi”-"İnter” qarşılaşması aprelin 14-də saat 17.30-da başlayacaq.