Tbilisi şəhərində təlim-məşq toplanışında olan "İnter" avqustun 25-də
axşam Avropa Liqasının "Play off" mərhələsi cərçivəsində
"Dinamo"(Gürcüstan)-AEK(Yunanıstan) komandaları arasında keçirilən
maraqlı qarşılaşmanı izləmək üçün Boris Payçadze stadionunda oldu.
Ötən mövsüm komandamızın şərəfini qorumuş gürcü futbolçu David Odikadze
hazırda "Dinamo" komandasının üzvüdür və dünən keçirilən qarşılaşmada
iştirak edirdi.
Xatırladaq ki, cavab qarşılaşması 1:1 hesabıyla başa çatdı və yekun nəticəyə əsasən növbəti mərhələdə AEK mübarizə aparacaq.
|