Xəbər verdiyimiz kimi, "İnter" Türkiyədə təlim-məşq toplanışındadır. Sentyabrın 5-də komandamız Türkiyənin Superliqasında oynayan "Kardemir Demir Çelik Karabükspor"la yoldaşlıq qarşılaşması keçirdi.
Necmettin Şeyhoğlu Stadionunda baş tutan qarşılaşma 2:1 hesabıyla "Mavi Atəş"lilərin xeyrinə başa çatdı. Komandamızın qolunu petar Zlatinov vurdu. Qarşılaşmanın birinci hissəsində David Odikadzenin sol cinahdan ötürməsini sinəsilə qəbil edən P.Zlatinov topu güclü zərbəylə qapının sağ güncünə göndərdi.
Oyundan sonra komandamızın baş məşqçisi Kaxaber Tsxadadzenin qarşılaşma haqqında fikirlərini öyrəndik: "Biz yoldaşlıq görüşü zamanı bəzi mövqelərimizi möhkəmləndirməyi və bağlamağı qarşımıza məqsəd qoymuşduq və bununla bağlı müəyyən nəticələr əldə etməyə imkan tapdıq. Birinci hissədə komanda baxımlı oyun nümayiş etdirib, gözəl qol vurmağı bacardı. İkinci hissədə gənc futbolçulara şans verdik. Deyərdim ki, omlar pis təsir bağışlamadılar, amma üzərilərində çox çalışmalıdırlar".
|