Sloveniyada keçiriləcək təlim-məşq toplanışı çərçivəsində "İnter”in qarşılaşacağı komandaların adları məlumdur. Belə ki, komandamız ayın 18-də Türkiyə Super Liqasının təmsilçisi "Bursaspor”la yoldaşlıq matçı keçirəcək. İyulun 24-də qardaş ölkənin daha bir təmsilçisi-"Antalyaspor”la yoxlama matçının da keçirilməsi nəzərdə tutulur. Rəqiblərimiz sırasında İtaliya təmsilçisi də var. İyulun 27-də baş tutacaq oyunda komandamız "Leççe" ilə gücünü sınayacaq. Daha iki yoxlama matçının keçirilməsi də planlaşdırılır. Amma komandaların adları hələlik məlum deyil. Bu qarşılaşmalar ayın 21-də və 28-də baş tutacaq.
Yoxlama oyunlarının başlanma vaxtı barədə məlumat veriləcək.
|