"Turan”la oyundan sonra baş məşqçi Kaxaber Tsxadadze yetirmələrinə istirahət vermişdi. Bu gün komanda "Şəfa” stadionuna toplaşaraq məşq etdi. Əlavə edək ki, bu gün daha bir məşqin keçirilməsi də planlaşdırılır. Sabah isə "İnter” hazırlığını gündə iki dəfə məşq etməklə davam etdirəcək. Qeyd edək ki, "İnter”in heyətində Vladimir Levin və Nizami Hacıyev yoxdur-bu futbolçular noyabrın 11-də Albaniya millisilə yoldaşlıq matçı keçirəcək Azərbaycan yığmasına çağırılıblar.