Главная » 2012 » İyul » 20 » Klub üzvləri bayram əhval-ruhiyyəsi yaratdılar
15:31
Klub üzvləri bayram əhval-ruhiyyəsi yaratdılar
Yunanıstanın "Asteras" klubunun futbolçuları Avropa Liqasında "İnter"lə ikinci təsnifat mərhələsinin ilk oyununda qeydə alınan heç-heçəni coşqulu şəkildə qeyd ediblər. Sportal.az xəbər verir ki, Tripolis təmsilçisinin üzvləri 1:1 hesabıyla başa çatan qarşılaşmadan sonra paltardəyişmə otağında sanki qələbə qazanıblarmış kimi əsl bayram əhval-ruhiyyəsi yaradıblar.
Bu komandalar arasındakı cavab görüşü bir həftə sonra Yunanıstanda keçiriləcək.