Nikolov: "Tanış olmayan rəqiblər hamıdan təhlükəlidir" "İnter" klubunun prezidenti Georgi Nikolov "Birlik kuboku"ndakı tanış olmayan rəqiblərdən ehtiyatlanır. "İlk baxışdan "İnter"in payına çox da güclü olmayan rəqiblər düşüb, lakin nəzərə almaq lazımdır ki, tanış olmayan rəqiblər hamıdan təhlükəlidir" - deyə o, "Trend"ə bildirib: "Biz rəqiblərə hörmət və ehtiyatla yanaşmalıyıq". Püşkatmanın nəticələrinə görə, Azərbaycanı "Birlik kuboku"nda təmsil edən "İnter" futbol klubu "A" qrupunda oynayacaq. Qrupa "İskra-Stal" (Moldova), "İstiqlal" (Tacikistan) və "Neftçi" (Qırğızıstan) komandaları da daxildir. Klub prezidenti hesab edir ki, bu klublar məğlubedilməz rəqib deyillər: "Biz ümid edirik ki, qrupda birinci yeri tutacağıq ki, bu da bizə dörddə bir finalda daha əlverişli imkanlar verəcək".
Tsxadadze: "Məqsədimiz "Birlik kuboku"nda daha yaxşı çıxış etməkdir"
"Birlik" Kubokunun pükatma mərasimindən sonra "İnter" klubunun beş məşqçisi Kaxaber Sxadadze nəticələr haqqında öz fikirlərini bildirib: "Rəqiblərin adları ilə tanış oldum. Öncə demək istəyirəm ki, rəqibləri qiymətləndirməmək olmaz. "Iskra-Stal"dan başqa qrupdakı komandaların hamısı ölkə çempionlarıdır. Heç bir komanda asanlıqla çempion olmur. Düşünürəm ki, qrupda bizi gərgin və maraqlı oyunlar gözləyir. Təbii ki, məqsədimiz turnirdə daha yaxşı cıxış etməkdir" - deyə o bildirib.
qol.az
|