Главная » 2011 » Dekabr » 6 » Kaxaber Tsxadadze: “Zərbənin təsirindən huşumu itirdim, beynim silkələnib”
20:38 Kaxaber Tsxadadze: “Zərbənin təsirindən huşumu itirdim, beynim silkələnib” |
"Daş başıma dəyəndə nələrin yaşandığını dərk etməyə imkan olmadı”
"Xəzər Lənkəran” – "İnter” oyununda tribunalardan atılan daş bakılıların baş məşqçisi Kaxaber Tsxadadzenin başına dəydiyindən, bir müddət yerdə qalana çalışdırıcı yalnız həkimlərin köməyi ilə vəziyyətdən qismən çıxdı. Gürcü mütəxəssislə əlaqə saxlayıb vəziyyəti ilə maraqlandıq.
"Hər şey gözlənilmədən baş verdi. Tribunalardan ciddi hədə-qorxu eşitmədiyimdən, belə hadisəyə hazır deyildim. Qəfil zərbə aldım. Tribulardan atılan daş başıma dəyəndə nələrin yaşandığını dərk etməyə imkan olmadı. Zərbənin təsirindən huşumu itirdim. Hazırda yataq şəraitində müalicə alıram. Başımda ağrılar var. Beynim silkələndiyindən, həkimlər iki gün ayağa qalxmamağı məsləhət görüb”.
"Futbol+" qəzeti
|
Категория: Müsahibələr |
Просмотров: 358 |
Добавил: defaultNick
| Рейтинг: 0.0/0 |
|