Premyer Liqanın IV turunda keçirilən "Turan" və "İnter" komandalarının oyunundan sonra hər iki komandanın baş məşqçilərinin iştrakı ilə mətbuat konfransı təşkil olundu.
Kaxaber Sxadadze, "İnter" klubunun baş məşqçisi: "Tovuza qələbə qazanmaq üçün gəlmişdik. İlk hissədə penalti zərbəsindən istifadə edə bilmədik. İkinci hissədə etdiyimiz oyunçu dəyişiklikləri bizə vacib olan üç xalı qazandırdı. Bu oyunda bizi heç-heçə qane etməyəcəkdi. Sona qədər mübarizə aparıb qələbə qazandıq. İkinci hissə "Turan" üçün triller kimi oldu".
Əsgər Abdullayev, "Turan" klubunun baş məşqçisi: "Hesabda irəlidə olmağımıza baxmayaraq, məğlub olduq. Müdafiəmiz yox kimi idi. Zəif çıxış etdik. Bunun üzərində işləyəcəyik. Bəzi futbolçuları komandadan uzaqlaşdıracağıq".
|