Unibank Premyer Liqasının IV turundan təxirə salınmış görüş keçirilmişdir. Sumqayıtda yerli "Sumqayıt Şəhər" komandasının qonağı olan "İnter" ikinci hissədə vurduğu qollarla rəqibini 2:0 hesabı ilə məğlub etdi.Oyundan sonra məşqçi fikirləri
Kaxaber Tsxadadze, "İnter" klubunun baş məşqçisi: ""Sumqayıt Şəhər"in "Qarabağ"la oyununu izləmişdim. Həmin oyundakı heç-heçə rəqibimizə psixoloji üstünlük verirdi. Uğurlu əvəzetmələrlə ikinci hissədə oyunun gedişini dəyişdik. Daha çox qol imkanlarımız oldu, istifadə edə bilmədik. Layiqli qələbə qazandıq. Artıq növbəti turun oyununa hazırlaşacağıq. Samir Zərgərovun meydana qayıtması bizi sevindirir, artıq qarşıdakı oyunlarda da bizə kömək edə biləcək. Rəqib komandanın baş məşqçisini gənc futbolçulardan belə gözəl komanda formalaşdırdığıl üçün təbrik edirəm".
|