Unibank Premyer Liqanın XXXI-ci turunda keçirilən "Qarabağ" - "İnter" oyunundan sonra hər iki komandanın baş məşqçilərinin iştrakı ilə mətbuat konfransı təşkil olundu. Kaxaber Sxadadze, "İnter” klubunun baş məşqçisi: "”Qarabağ”ı qələbə münasibəti ilə təbrik edirəm. Yaxşı oyun oldu, ilk hissədə rəqibə sürətdə uduzurduq. İkinci hissədə isə daha yaxşı oynadıq. Qol epizodunda müdafiəçilərimiz böyük səhvə yol verdi. Qarşıda "Bakı” ilə oyunumuz var, bu oyuna hazırlaşacağıq”.
Qurban Qurbanov, "Qarabağ” klubunun baş məşqçisi: "Təbrikə görə minnətdaram. Futbolçularıma oyuna görə təşəkkür edirəm. Həm hücumda, həm də müdafiədə çox inamlı oyun göstərdilər. Avroliqaya getmək üçün şansımız var, qarşıdakı oyuna hazırlaşacağıq”.
|