Главная » 2011 » Oktyabr » 16 » Kaxaber Tsxadadze "Neftçi"ni yenməyin yolunu göstərdi
19:27
Kaxaber Tsxadadze "Neftçi"ni yenməyin yolunu göstərdi
"Oyundan əvvəl bizi çətin qarşılaşma gözlədiyini bilirdik. "Neftçi" son zamanlar baxımlı oyun nümayiş etdirir. Onların bir neçə fərdi ustalığı yüksək olan oyunçusu var. Elə buna görə də oyunun əvvəlində biz bir qədər qapandıq".bu sözləri "Neftçi" ilə oyundan sonra "İnter"in baş məşqçisi Kaxaber Tsxadadze deyib. Gürcü mütəxəssis müdafiədən hücuma çıxmaqda çətinlik çəkdiklərini bildirib: "Əlimizə düşən qol imkanlarından yararlanmağa çalışırdıq. Hesabda önə keçdikdən sonra rəqibin hücumları daha da artdı. Biz müdafiədən hücuma çıxmaqda çətinlik çəkirdik. Bunun üzərində işləyəcəyik. Futbolçularımı qələbə münasibətilə təbrik edirəm. "Neftçi"yə gələcək oyunlarda uğurlar arzulayıram".