Unibank Premyer Liqanın XXVIII-ci turunda keçirilən "Neftçi" - "İnter" oyunundan sonra hər iki komandanın baş məşqçilərinin iştrakı ilə mətbuat konfransı təşkil olundu: Kaxaber Sxadadze, "İnter” klubunun baş məşqçisi: "”Neftçi”ni qələbə münasibəti ilə təbrik edirəm. Bu qələbə ilə demək olar ki, çempionluğu təmin etdilər. Komandam məğlubiyyətinə baxmayaraq, layiqli oyun göstərdi. Buraxılan qollarda futbolçuların fərdi səhvləri var idi. Artıq qarşıdakı kubok oyunlarına hazırlaşmaq və qalib gəlmək lazımdır”.
Böyükağa Hacıyev, "Neftçi” klubunun baş məşqçisi: "”İnter” "Neftçi”yə layiqli rəqibdir. Bu gün iki fərqli hissə izlədik. İlk 15 dəqiqədə rəqibin müdafiədəki səhvlərindən istifadə etdik. Lakin sonradan meydanın mərkəzində mübarizəni uduzduq. "İnter”lə kubokun yarımfinal mərhələsində də qarşılaşacağıq. Çətin oyunlar olacaq. Bugünkü oyunda qalib gəldiyimiz üçün şadam”.
|