"Kəpəz"in yaxşı hücum potensialı var, komanda çox qol vurur. Bu cür rəqibə qarşı müdafiədə ehiyatlı oynamalı idik. Hücum xəttində səviyyəli və təcrübəli futolçuları var".Bu sözləri "Kəpəz"lə oyundan sonra "İnter"in baş məşqçisi Kaxaber Tsxadadzeğ deyib. Gürcü mütəxəssis sadəcə hücumdan narazı qalıb: "Oyunla bağlı futbolçularıma iradım yoxdu, lakin komandamızda ən böyük problem hücumlarımızda son nöqtəni qoya bilməməyimizdi. Oyunun sonlarına yaxın bir neçə təhlükəli əks-hücum buraxdıq. "Kəpəz"in əvvəlki oyununa baxmışdım, yaxşı təsir bağışlamışdı".
|