- İclasda konkret hansı qərarlar qəbul edildi?
- Biz iclası konkret qərarlar qəbul etmək üçün yox,komandanın uğursuz çıxışını müzakirə etmək üçün keçirirdik.Oyunun videoyazısına baxıb birinci hissədə yaratdığımız beş qol vəziyyətini futbolçulara göstərdim.Mən əminəm ki,bu qol vəziyyətlərinin ikisindən istifadə edə bilsəydik oyunun senarisi başqa cür olardı.
- Oyunsonrası mətbuat konfransında siz bildirdiniz ki,klubun rəhbərliyi ilə görüşünüz olacaq.klub rəhbərliyi ilə görüşə bildiniz?
- Mən klubun prezidenti Georgi Nikolov ilə görüşmüşəm.O,məndən məğlubiyyətin səbəbini soruşdu və mən bu barədə ona öz versiyamı izah etdim.
- Qarşılaşmanın ümumi analizi nə vaxt olacaq?
- Bir-iki günə.Bu qarşılaşmanın birinci hissəsində yaxşı futbol sərgiləsək də,fasilədən sonra bərbad oynadıq.Oyunun talehi 30 dəqiqəyə həll olundu.Buraxılan ikinci qoldan sonra futbolçular ruhdan düşdü və sonda bu böyükhesablı məğlubiyyətə gətirib çıxartdı.
- İki qol buraxandan sonra siz taktikanı dəyişib dörd hücumçu ilə mübarizəni davam etdirdiniz...
- Bu taktikaya əl atmağım məcburiyyətdən irəli gəlirdi.Keçən mövsüm bir neçə qarşılaşmada da bu taktika ilə oynayıb son nəticəni xeyirimizə dəyişə bilmişdik.Təbii ki,bu futboldur və planlaşdırdığını hər dəfə meydanda əks elətdirmək olmur.
- Oyun vaxtı ruhdan düşən və böyükhesablı məğlubiyyətdə günahları olan futbolçuları cəzalandırmaq fikriniz yoxdur ki?
- İndiki durumda futbolçuları cəzalandırmaq əvəzinə onlara dayaq olub psixolojı durumlarını yaxşılaşdırmaq lazımdır.
- "Bakı” komandası ilə prinsipial oyuna qədər komanda üzvləri tam hazır ola biləcək?
- Buna bizim vaxtımız var və mən hesab edirəm ki,futbolçular bu oyuna hazır olacaqlar.Hal-hazırda futbolçular son məğlubiyyəti yaddan çıxarmalı və bütün diqqətlərini "Bakı” komandası ilə oyuna yönəltməlidirlər.
- Son oyunda komandanızın kapitanı Vladimir Levin ehtiyat oyunçular skamyasında əyləşmişdi.Zədələnəndən sonra onun bərpaolunma prosesi necə keçir?
- Levinin bərpası yaxşı keçirdi,lakin bazar ertəsi həkim müayinəsi keçən zaman aşkar olunub ki,onun diz qapağının altına su yığışıb.Əcnəbi limitini nəzərə alıb komandamızın kapitanının meydana qayıtmasını səbirsizliklə gözləyirəm.
Mənbə: news24.az