"Bütün oyun boyu nəzarət bizim əlimizdə idi. Çoxlu qol imkanlarımız olsa da, əksəriyyətindən yararlana bilmədik”.B sözləri "Rəvan”la oyundan sonra "İnter”in baş məşqçisi Kaxaber Tsxadadze deyib. Gürcü çalışdırıcı hücum xəttində çıxış edən oyunçularından gileylənsə də, ümumi nəticədən razı qalıb:
"Hücumçularıma iradım var. Oyunun sonlarında meydanın mərkəzində təşəbbüsü əldən verdik. "Rəvan” komandası yüksəlişdədir. Dörd tur idi ki, uduzmurdular. Rəqibimizin güclü hücum potensialı var. Əsas məqsədimiz üç xal qazanmaq idi, ona da nail olduq”.
|