Главная » 2011 » Mart » 27 » Kaxaber Tsxadadze daha "bir il" İnterdə
19:53
Kaxaber Tsxadadze daha "bir il" İnterdə
"İnter" rəhbərliyi baş məşqçi Kaxaber Sxadadze ilə müqavilə müddətini uzadıb. gürcüstanlı mütəxəssis daha bir il paytaxt təmsilçisinə rəhbərlik edəcək.Tsxadadze bu vəzifəyə 2009-cu ilin yayında təyin olunub. Onun rəhbərliyi altında "İnter" ötən mövsüm çempion olub və yanvarda "Birlik Kuboku"nu qazanıb. Bu mövsüm isə paytaxt klubu Premyer Liqada 24 turdan sonra 41 xalla 4-cü pillədə gedir.