"Oyun baxımlı alındı, hər iki komanda hücum futbolu oynadı. Futbolçularımdan razı qaldım, sonadək mübarizə apardıq".Bu sözləri AZAL-la oyundan sonra "İnter"in baş məşqçisi Kaxaber Tsxadadze deyib. Gürcü mütəxəssis qol epizodlarından yararlana bilmədiklərini bildirib: "Qol epizodlarından lazımınca istifadə edə bilməməyimiz narazı qaldığım yeganə məqamdı. Bugünkü oyunda qalib də gələ bilərdik, məğlub da ola bilərdik, lakin oyun heç-heçə başa çatdı". Tsxadadze AZAL-ın stadionunu tərifləyib: "Stadionunun vəziyyəti gözəl oyun göstərməyə imkan verirdi. Bu, bir daha göstərir ki, futbolda infrastruktura fikir vermək lazımdı. Bu cür meydanlar çox olmalıdı ki, komandalar baxımlı oyun göstərə bilsinlər".
|