"İnter" komandasının baş məşqçisi Kaxaber Sxadadze klubun rəsmi internet saytına verdiyi müsahibəsində komandanın son vaxtlar uğursuz çıxışına aydınlıq gətirib və bir çox mətləblər barədə danışıb. - "Qarabağ”la ilk oyun tamamilə bərabər səviyyəli alındı. Lakin fasilədən sonra "İnter” iki qol buraxdı və çempionatda ard-arda ikinci məğlubiyyətə uğradı...
- Düşünürəm ki, bütün oyun bütövlükdə bərabər alındı. Müəyyən zaman kəsiklərində topa biz daha çox malik olduq, müəyyən zaman ərzində "Qarabağ”. Birinci qolun vurulmasına buraxılmış bir sıra səhv səbəb oldu. Təəssüf ki, biz yenə də çox mənasız qol buraxdıq. Belə qollar ikiqat xoşagəlməzdir, axı, biz rəqib komandanın təzyiqi fonunda qol buraxsaydıq, o zaman adama belə ağır gəlməzdi. Mənasız buraxılmış qollar futbolçulara psixoloji təsir də göstərir. Bu da öz növbəsində matçın sonrakı gedişatına çox mənfi təsir edir. Oyunsonrası mətbuat konfransında mən bu məsələyə toxunmuşdum. Bundan başqa, klub prezidenti Georgi Nikolovun müsahibəsilə tanış oldum və bununla bağlı fikirlərimi bildirmək istərdim. Birincisi, jurnalist mənim mətbuat konfransında dediklərimlə bağlı sualını dürüst ifadə etməyib. Axı, mənim nə dediyimi hamı eşitdi. Bir daha təkrar edirəm, mətbuat konfransında demişdim ki, komandanın yeni futbolçularla gücləndirilməsində klubun bütün rəhbərliyi maraqlı idi. Lakin bizimlə işləyən menecerlər və agentlər bizə uyğun oyunçular təklif etmədilər. Axı, bizə uyğun gəlməyən altı futbolçunu baxışdan keçirdik. Ona görə də, hər hansı maliyyə detallarından söhbət belə gedə bilməz. Konkret məbləğ barədə hətta danışıqlar da aparılmayıb. Ona görə ki, ustalıq və kvalifikasiya səviyyəsinə görə bizə uyğun gəlməyən futbolçularla müqavilə imzalanmasına lüzum görmədim. Bu yaxınlarda sponsorla görüşdə mənə belə bir sual ünvanlandı: "Nəyə görə qış transfer dövründə bir dənə də olsun yeni futbolçu əldə edilmədi?”("Xəzər-Lənkəran”dan kirayəyə götürülmüş Asif Məmmədov istisna olmaqla). Bu suala cavab verdim ki, uyğun gələn futbolçu olmadı. Mən hesab edirəm ki, Azərbaycana orta səviyyədən aşağı legioner dəvət etməməyin vaxtı gəlib çatıb.
-Belə çıxır, sizin nəzərinizdə öncədən müqavilə imzalamaq istədiyiniz hər hansı bir konkret futbolçu olmayıb?
-Bilirsiniz, yalnız o halda futbolçu təklif edə bilərik ki, onu bəyənmişik. Ancaq bizə qışda təklif olunan futbolçular xüsusi olaraq heç nə ilə fərqlənmədilər. Buna görə də, yeni futbolçularsız qaldıq.
-Son günlər klubun fəxri prezidenti Changir Hacıyevin oyundan sonra "İnter”PİK-in prezidenti Georgi Nikolov və sizinlə görüşü ilə bağlı müzakirələr aparılır. Görüşdə nə müzakirə olunduğunu deyə bilərsiniz?
- Biz çox uzun söhbət etdik. Axı, hələlik kifayət qədər mənfi nəticələr nümayiş etdiririk. Mən fikirlərimi bölüşdüm, psixoloji planda olan problemlərə toxundum. Axı, biz "Xəzər-Lənkəran” komandasına heç nə də uduzmadıq, lakin oyunun gedişində 0:3 hesabla uduzurduq, bu da futbolçuların psixologiyasına təsir göstərir. Bunun da nəticəsində özünə inamını itirilir.
-"Birlik Kuboku” turnirində əldə edilmiş qalibiyyət bu planda komandaya əlavə inam verməli idi?
-"Birlik Kuboku” turnirini biz əla keçirdik. 6 oyunda bir qol buraxmadan 16 qol vurduq. Oradan qayıtdıqdan sonra çempionatda kifayət qədər inamlı iki oyun keçirdik. Birdən müşahidə etdiyimiz hadisə baş verdi. Dönüş anı "Xəzər-Lənkəran”la keçirilən maçt oldu. Sonra gənc futbolçuları yoxladığımız "Abşeron”la o qədər də inamlı keçirilməyən oyun və uğursuz alınan "Qarabağ”la matç baş tutdu. Ancaq biz futbolçularla söhbət etdik və onlar bunu başa düşdülər. Bunu onların məşqlərdə göstərdikləri hərəkətlərdə də görmək olar. Futbolçular onlara göstərdiyim çatışmazlıqları aradan qaldırmağa çalışırlar. Axı, futbolda o qədər də uğurlu anlar olmur və həmin oyunları tez unutmaq lazımdır. Bizə öz oyunumuzu qaytarmaq lazımdır. Komandanın iki həftə öncə nümayiş etdirdiyi oyunu qaytarmaq lazımdır və o zaman hər şey normallaşacaq.
-Bundan başqa, uğursuz nəticələr bizi baş tutmayan gücləndirmə məsələsinə qaytarır...
-Klubun sponsoruyla görüşdə biz gücləndirmə məsələsinə toxunduq. Biz bu mövsuyla əlaqədar hələ qış fasiləsinədək danışmışdıq. Axı, həmin dövrdə bizə uyğun gəlməyən futbolçularla vidalaşdıq, onların yerinəsə yeni futbolçular tələb olunurdu. Təəssüf ki, bundan əvvəl dediyim kimi, təklif olunan futbolçular lazımi səviyyədə olmadılar. Belə futbolçuların kluba keçməsinə imkan verməyəcəyəm. Bundan başqa, unutmaq lazım deyil ki, hazırda ixtiyarımızda olan futbolçularla biz ötən mövsüm Azərbaycan çempionu olduq və onlar çox şeyə qadirdilər. Bizə yalnız həmin kondisiyaları qaytarmaq lazımdir, hansı ki komanda böyük nəticələrlə müşayiət olunan yaxşı futbol nümayiş etdirmək iqtidarındadır.
- Sizinlə son söhbətimizdə qeyd etmişdiniz ki, tezliklə komandanın növbəti mövsüm üçün gələcəyi məlum olacaq. Bu, müəyyənləşdimi?
- Bununla bağlı Cahangir Hacıyevlə söhbətimiz oldu və o, mənə tam dəstək verdi. Biz belə qərara gəldik ki, gələcək haqqında artıq bu gün düşünmək lazımdır. Mən seleksiya işinin gücləcləndirilməsinin vacibliyini qeyd etdim. O, mənə tam dəstək və etimad göstərdi. Bundan başqa, biz belə qərara gəldik ki, hansısa yeni futbolçunun komandaya keçidi klub sahibilə şəxsən müzakirə ediləcək.
- Təəssüf ki, bu problemlər "İnter”i "altılığ”ın finalının əvvəlində yaxaladı. Qrafik kifayət qədər mürəkkəbdir və hər həftə güclü rəqiblə oynamaq lazım gələcək. Arıtq cümə günü komanda "Bakı” komandasıyla görüşəcək. Oyunçuların bu oyuna hansı kondisiyalarla və hansı psixoloji vəziyyətdə yanaşacaqlarını açıqlaya bilərdinizmi?
- Düşünürəm ki, bir qələbə yaranmış vəziyyətdən çıxmağımıza kömək edəcək. İlk növbədə psixoloji planda yardım göstərəcək. "Bakı” ilə oyundan sonra iki həftəlik fasilə yaranacaq. Bu fasilədən futbolçuların dincəlmələri və çempionatın növbəti oyunlarına hazırlaşmaları üçün istifadə edəcəyik. Axı, sonra mürəkkəb dövr olacaq, bizi sərt qrafikli ağır oyunlar gözləyir. Həmin dövrdə isə yalnız bərpa olunmaq və oynamaq, oynamaq və bərpa olunmaq lazım gələcək.
Mənbə: İnter.az
|