"İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadzenin saytına müsahibəsi
- İyulun 5-də Avropa Liqasının ilk matçında "Trans”la qarşılaşacaqsınız. Avrokuboklara hazırlıqlardan razı qaldınızmı? - Hazırlıqlar yaxşı keçdi. Plana uyğun şəkildə hazırlaşa bildik. Ən əsası isə odu ki, zədələnən olmadı.
- Hazırlıq dövründə bir sıra transferlər reallaşdırdınız. Bu yöndə hər şey sizi qane edirmi?
- Planlaşdırdığımız bütün mövqelərə oyunçu aldığımızı demək olmaz. Hələ 2 futbolçu da transfer edəcəyik. "Trans”la ilk görüşdən sonra bu məsələ də öz həllini tapacaq.
- Artıq növbəti mərhələdə güvənə biləcəyiniz həmin oyunçular hansı mövqedə çıxış edirlər? Hansı xətləri gücləndirməyi lazım bilirsiniz?
- Bizə 1 hücumçu, 1 mərkəz müdafiəçisi lazımdır.
- Artıq oyuna 2 gün qalıb. Rəqibi lazımınca öyrənə bilmisiniz?
- Bəli. Özüm gedib "Trans”ın oyununu izlədim.
- Püşkdən sonra rəqibiniz Estoniya çempionatında 2 qarşılaşma keçirib. Bunlardan hansını izlədiniz?
- Sonuncudan əvvəlki, yəni, püşkdən sonrakı ilk qarşılaşmanı. Bu səbəbdən Estoniyaya getdim. Həmin görüşdə "Trans” "Levadiya”ya 1:2 hesabı ilə uduzdu.
- Rəqib necə təsir bağışladı?
- İndi Estoniyada çempionatın ortalarıdır. Komanda 17 oyun keçirib. İndi hazır vəziyyətdədir. Biz isə rəsmi matçlara hələ indi başlayırıq. Lakin oyundan əvvəl nə isə demək
|