Premyer Liqanın V turunda Bakının "İnter" klubu öz meydanında "Simurq"u 1:0 hesabı ilə məğlub edib.
"İnter"in baş məşqçisi Kaxaber Sxadadze oyundan sonra keçirilən mətbuat konfransında bunları deyib:
"Oyun gərgin mübarizə şəraitində keçdi. Buna baxmayaraq, matçın
əvvəlindən sonuna qədər oyuna nəzarət etməyi bacardıq. Futbolçularımın
oyunundan və nəticədən razıyam.
Bizim qarşıda "Sumqayıt Şəhər” və AZAL ilə vacib oyunlarımız var. Hücum xəttinin gücləndirilməsi üçün bir qədər də çalışacağıq".
|