Azərbaycan Premyer Liqasının XXV turunda AZAL-a uduzan "İnter”in baş məşqçisi Kaxaber Sxadadze üçün bu matç əlamətdar olub.Gürcü mütəxəssis baş məşqçi kimi çempionatımızda 83-cü matçını keçirib.
O, bununla əcnəbi mütəxəssislər arasında 2-ci pilləyə yüksəlib. AZAL-la görüş ərəfəsində ikinciliyi türkiyəli Rasim Kara ilə bölüşən Sxadadze artıq həmkarını arxada qoyub. İndi "İnter”in baş məşqçisini rekorddan cəmi 15 oyun ayırır.
Ölkəmizdə ən çox oyun keçirən əcnəbi baş məşqçi Roman Pokoranın 108 matçlıq rekordunu təkrarlamaq üçün Sxadadzeyə cari mövsümün 7 və qarşıdakı çempionatın 8 görüşündə iş başında olmaq lazımdır.mənbə :Apasport.az