Главная » 2011 » Aprel » 12 » Kaxaber Mjavanadzenin qırmızı vərəqəsi ləğv edildi
18:27
Kaxaber Mjavanadzenin qırmızı vərəqəsi ləğv edildi
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.İclasda Premyer Liqanın XXVI turunun oyunları zaman baş verən qanun pozuntularına hüquqi qiymət verilib. Komitə Əfqan Həmzəyevin qərarını ləğv edib. Belə ki, çimərlik futbolu üzrə FİFA referisi "İnter" - "Neftçi" matçının 85-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Kaxaber Mjavanadzeyə əllə oyuna görə ikinci sarı vərəqəni göstərərək, meydandan qovmuşdu. Lakin oyunun videoyazısına baxıldığı zaman futbolçunun bilərəkdən əllə oynamadığı aşkarlanıb. Bu səbəbdən də futbolçuya 85-ci dəqiqədə göstərilən sarı vərəqə ləğv edilib.