"Antalyaspor"-"İnter" qarşılaşmasından sonra komandamızın baş məşqçisi Kaxaber Tsxadadze matç haqqında fikirlərini bildirdi:
"Toplanış prosesini başa vurmaq üzrəyik. Burada olduğumuz müddətdə daha
bir oyun keçirəcəyik. Komandanın oyununda irəliləyiş var. Lakin matç
zamanı bir çox xətalara yol verildiyini də müşahidə etdim. Təəssüf ki,
yekun ötürmələrdə çatışmazlıqlar var. Bu istiqamətdə işləmək lazımdır.
Ümumilikdə oyundan razı qaldım".
|