"Suonsi Siti"-"İnter" qarşılaşmasının başa çatmasından sonra komandamızın baş məşqçisi Kaxaber Tsxadadze oyun barədə fikirlərini açıqladı:
"Biz böyük hesablı nəticənin qeydə alına bilinəcəyi rəqiblərlə də yoldaşlıq oyunları keçirə bilərdik. Amma biz "Bursaspor", "Antalyaspor" və "Suonsi Siti" kimi güclü komandalarla qarşılaşmağa üstünlük verdik. Ona görə ki, yalnız güclü rəqiblərlə qarşılaşmaqla oyun səviyyəsini yüksəltmək olar. Oyuna gəldikdəsə onu deyə bilərəm ki, sürət, temp və mübarizə aparılması baxımından rəqibdən geri qalmadıq. "Suonsi Siti" ustalıq sayəsində bizi məğlub etdi. Nəticədən asılı olmayaraq, oyundan razı qaldım".