"İnter"-"Mersin Idman Yurdu" oyunundan sonra komandamızın baş məşqçisi Kaxaber Tsxadadze keçirilən görüş barədə öz fikirlərini bizimlə bölüşdü - Bir daha təkrar edim ki, Türkiyədəki toplanış çərçivəsində keçirilən bütün oyunlar bizim üçün ancaq hazırlıq xarakteri daşıyır. Futbolçular oyuna böyük yük fonunda çıxırlar. Bu görüşlərin də əsas məqsədi odur ki, oyunçu ağır yükə tab gətirib, yorğunluğa qalib gəlməli və yüksək konsentrasiya nümayiş etdirməlidir. Çoxu bu tapşırıqın öhdəsindən gələ bilir, amma bəziləri-xüsusən də komandaya yeni qoşulan futbolçular hələlik bunu edə bilmirlər.
Hətta yoldaşlıq oyununda futbolçular ancaq qələbə haqqında düşünməlidilər. Ona görə də görüşün axırıncı dəqiqələri məni biraz məyus etdi. Mən konsentrasiyanın olmağı barədə artıq söhbət etmişəm və məhz bu dəqiqələrdə oyunçular konsentasiyanı itirdilər. Hesab 3:2 xeyirimizə olarkən komandamız yüz faizlik qol imkanı yaratdı, amma 4-cü top vurmaq əvəzinə növbəti hücumda biz öz qapımızda qol gördük.
Komandada çox səhv və qeyri-dəqiqlik var idi, amma hazırlığın bu dönəmində bu normaldır. İndi biz məşqlərdə əsas diqqəti fiziki hazırlığa yönəltmişık. Bundan başqa, ötümələr üzərində də çox çalışmalıyıq.
Sevindirir ki, hücumçular qol vurur və gənc futbolçular get-gedə artrırlar. Oyunçuların üstünə eyni yükün düşməyi də yaxşıdır. Bu məqam bizə göstərir ki, bütün futbolçular bərabər səviyyədə işləyirlər. Heyətdə zədəli futbolçuların olmaması bizə əlavə nikbinlik verir. Əsas odur ki, hər şey planlaşdırdığımız kimi gedir.
Toplanış çərçivəsində bizi daha bir oyun gözləyir. Bu qarşılaşma çox güclü bir komanda ilə olacaq. Gələcək rəqibimiz- "Terek" klubu indi çox yaxşı durumdadır. Demək istərdim ki, biz yenə iki heyətlə oynayacağıq və çalışmaları plan üzrə davam etdirəcəyik.
mənbə:inter.az
|